Bank Of Baku

ATƏT-in Bakı ofisinin rəhbəri Azərbaycanda jurnalistika ixtisası üzrə tədrisin səviyyəsinin yüksəldilməsini təklif edib

ATƏT-in Bakı ofisinin rəhbəri Azərbaycanda jurnalistika ixtisası üzrə tədrisin səviyyəsinin yüksəldilməsini təklif edib
# 04 mart 2010 15:24 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Təhsil naziri Misir Mərdanov ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorellə görüşüb. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ATƏT-in Bakı ofisinin rəhbəri Təhsil Nazirliyi ilə birgə həyata keçirilən layihələrin və mövcud əməkdaşlığın daha səmərəli təşkili üçün təkliflərlə çıxış edib.

Ə. B. Cankorel Azərbaycanda jurnalistika ixtisası üzrə tədrisin səviyyəsinin yüksəldilməsi, bu istiqamətdə mövcud kurrikulumun birgə nəzərdən keçirilməsi, bununla bağlı işçi qrupun yaradılması, Təhsil Nazirliyi əməkdaşının da burada təmsil olunması təklifini irəli sürüb. Təhsil Nazirliyinin nəzdində De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin yaradılmasını dəstəkləyən ATƏT-in Bakı ofisinin rəhbəri Uşaq Hüquqları Klinikası və QHT Alyansı ilə yeni fəaliyyətə başlayan idarənin sıx əlaqə yaratmasından məmnunluğunu bildirib, bu sahədə birgə iş aparılmasına lazımi kömək göstərməyə hazır olduğunu vurğulayıb.

M. Mərdanov isə hazırda ölkənin bir neçə ali təhsil müəssisəsində tələbələrin jurnalistika ixtisasına yiyələndiyini xatırladıb. Bu ixtisas üzrə kurrikulum çərçivəsində birgə iş aparılması təklifi Təhsil Nazirliyi tərəfindən də dəstəklənir. M. Mərdanov təklif olunan məsələlərə nazirlik tərəfindən lazımi dəstək veriləcəyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR