Bank Of Baku

apasport.az saytının 3 yaşı tamam olur

apasport.az saytının 3 yaşı tamam olur
# 05 mart 2010 08:14 (UTC +04:00)
Həmin il Gənclər və İdman Nazirliyi tərəfindən ölkənin ən yaxşı idman agentliyi seçilən apasport.az Azərbaycan və dünya idmanının bütün sahələrini əhatə edən operativ xəbərlər yaymaqla yanaşı, idman ictimaiyyətinin maraqlı simalarından eksklüziv müsahibələr hazırlayır, müxtəlif sahələrdəki problemlərlə bağlı araşdırmalar aparır.

Saytda önəmli turnirlərdən və maraqlı tədbirlərdən geniş yazılar, birbaşa reportajlar, video görüntülər, fotosessiyalar yerləşdirilir. Xeyli sayda abunəçisi olan apasport.az saytının gündə iki dəfə hazırladığı bülleten Azərbaycan və rus dillərində nazirliklərə, diplomatik korpuslara, idman qurumları və komandalarına, telekanallara, qəzetlərə və digər ünvanlara çatdırılır.

Ad günü münasibətilə həmkarlarımızı təbrik edir, onlara daha böyük uğurlar arzulayırıq!
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR