Bank Of Baku

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Azərbaycan KİV rəhbərləri ilə görüşüb

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Azərbaycan KİV rəhbərləri ilə görüşüb
# 05 mart 2010 08:44 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bu gün Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Tomas Hammarberq Azərbaycan media nümayəndələri ilə görüşüb. APA-nın xəbərinə görə, görüşdə Azərbaycanda yazılı və internet medianın vəziyyəti, Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaranmasından sonrakı vəziyyət, həbsdə olan jurnalistlərlə bağlı məsələ müzakirə olunub.

T. Hammarberq Azərbaycanda hökumət və dövlət rəsmiləri ilə keçirdiyi görüşlərdə medianın vəziyyəti ilə bağlı fikirlərini bölüşdüyünü bildirib. O, həbsdə olan jurnalistlərlə, Mətbuat Şurasının sədri ilə də görüşdüyünü, yerli medianın vəziyyəti ilə bağlı keçirdiyi görüşlərin nəticələrinin hesabatında əksini tapacağını deyib.

Görüşdə APA-nın baş direktoru Vüsalə Mahirqızı, “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov və “Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR