Bank Of Baku

AzTV-də Televiziya Akademiyası fəaliyyətə başlayıb

AzTV-də Televiziya Akademiyası fəaliyyətə başlayıb
# 05 mart 2010 13:28 (UTC +04:00)
Bu barədə APA-ya AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımlı bildirib. Onun sözlərinə görə, Akademiyanın rektoru “Space” telekanalının sabiq prezidenti, hazırda isə Bakı Slavyan Universitetində jurnalistika kafedrasının müdiri işləyən Etibar Babayev təyin olunub. Hazırda televiziya mütəxəssisləri hazırlayacaq Akademiyanın formalaşması prosesi gedir. Dərslər isə bir ay sonra başlayacaq.

X. Qasımlı deyib ki, ilkin mərhələdə Akademiya AzTV işçilərinin ixtisaslarının təkmilləşdirilməsi ilə məşğul olacaq: “Sonrakı mərhələdə isə Akademiyaya müsabiqə əsasında qəbul elan ediləcək. Bu, artıq tam təhsil olacaq. Biz digər kanallar üçün də kadrlar hazırlaya bilərik. Amma bu, artıq ödənişli əsaslarla olacaq”.

X. Qasımlı deyib ki, Televiziya Akademiyasının yaranmasına dövlət büdcəsindən əlavə pul ayrılmayıb. Akademiya dövlət büdcəsindən AzTV-yə ayrılan pulla maliyyələşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR