Bank Of Baku

“Mozalan” jurnalının Mətbuat Şurasına qarşı iddiası rədd edilib

“Mozalan” jurnalının Mətbuat Şurasına qarşı iddiası rədd edilib
# 05 mart 2010 16:11 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Bakı şəhər 1 saylı yerli İqtisad Məhkəməsində “Mozalan” jurnalının Azərbaycan Mətbuat Şurasına (MŞ) qarşı iddiası əsasında məhkəmə prosesi yekunlaşıb. Şuradan APA-ya verilən məlumata görə, hakim Şərafət Məmmədovanın sədrliyi ilə keçirilən proses nəşrin MŞ-ya qarşı iddiasının təmin edilməməsi ilə yekunlaşıb.

Xatırladaq ki, adı MŞ-nın “reket nəşr”lər üçün müəyyənləşdirdiyi “qara siyahı”da yer alan jurnalın rəhbərliyi bu ictimai qınaqla razılaşmayaraq Şuranın qərarının ləğvi, mənəvi ziyana görə qarşı tərəfin 100 min manat məbləğində cərimələnməsi üçün həmin məhkəməyə müraciət təqdim etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR