Bank Of Baku

“Azərbaycanda informasiya azadlığı və məlumat əldə etmək hüququ” mövzusunda dəyirmi masa keçirilib

“Azərbaycanda informasiya azadlığı və məlumat əldə etmək hüququ” mövzusunda dəyirmi masa keçirilib
# 10 mart 2010 09:33 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə “Azərbaycanda informasiya azadlığı və məlumat əldə etmək hüququ” mövzusunda dəyirmi masa keçirilib. APA-nın xəbərinə görə, tədbirdə Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı Azərbaycanda informasiya azadlığı və məlumat əldə etmək hüququnun reallaşdırılması imkanları haqda “ARTİCLE 19” təşkilatı və “Yeni Nəsil” Jurnalistlər Birliyi ilə apardıqları tədqiqatın nəticələri haqda məlumat verib. Onun sözlərinə görə, aparılan araşdırmalar nəticəsində “İnformasiya əldə etmək haqqında” qanunun tətbiqi zamanı pozuntuların yarandığı üzə çıxıb: “Hakimiyyət orqanları tələb olunan məlumatları açıqlamaqdan imtina edirlər, yaxud verilən sualı məzmununa uyğun olmayan tərzdə cavablandırılar. İmtina hallarını əsaslandırmır, sorğu müəllifinə heç bir cavab vermirlər. Bir sıra hallarda informasiya əldə etmək üçün şəxsi əlaqələrdən istifadə etməyə lazım gəlir” .

Tədbirdə “Azərbaycanda informasiya azadlığı və məlumat əldə etmək hüququ” ilə bağlı hazırlanan hesabat təqdim olunub.

Deputat Fazil Mustafa çıxışında bildirib ki, Azərbaycanda daha çox qanunun aliliyi təmin olunmaq əvəzinə, sövdələşmə hökm sürür: “Bütün dövlət qurumlarda mətbuat xidmətləri yaradılsa da, bunun effekti yoxdur. İndi mətbuatın informasiya əldə etməsi daha çətinləşib. Azərbaycanda informasiya üzrə ombudsman olmalıdır” .

Deputat Elmira Axundova “Diffamasiya haqqında” qanunun qəbul edilməsini məqsədəuyğun hesab etdiyini deyib. Onun sözlərinə görə, bu qanunu qəbul etməkdən çəkinmək lazım deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR