Bank Of Baku

APA-nın fotoqrafının “Qaçqınların həyatı” fotoreportajı mükafata layiq görülüb

APA-nın fotoqrafının “Qaçqınların həyatı” fotoreportajı mükafata layiq görülüb
# 10 mart 2010 10:45 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Bakıda ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçirilən peşəkar fotoqraflar üçün beş günlük seminar başa çatıb. APA-nın məlumatına görə, 5-9 mart tarixlərində baş tutan seminarı məşhur “National Geographic” jurnalının sabiq fotoredaktoru və foto şöbəsinin direktoru Kent Kobersteen keçirib. Treninqin nəticələri əsasında seminar iştirakçılarına öz ən yaxşı fotoreportaj hazırlamaq imkanı yaradılıb. Seminar zamanı ən yaxşı fotoreportaj hazırlayan üç müəllifə sertifikat verilib. Qeyd edək ki, sertifikat alan fotoqraflar sırasında APA-nın fotoqrafı Samirə Həsənova da var. Onun “Qaçqınların həyatı” mövzusunda fotoreportajı üçüncü yerə layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR