Bank Of Baku

İsmayıl Ömərov Beynəlxalq Aytmatov Akademiyasının akademiki seçilib

İsmayıl Ömərov Beynəlxalq Aytmatov Akademiyasının akademiki seçilib
# 11 mart 2010 20:42 (UTC +04:00)
Bakı-APA. Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov türkdilli xalqların ədəbiyyatı və mədəniyyətinin inkişafı sahəsindəki xidmətlərinə görə Beynəlxalq Aytmatov Akademiyasının akademiki seçilib.

APA-nın məlumatına görə, Beynəlxalq Aytmatov Akademiyasının prezidenti Abdıldacan Akmataliyev bildirib ki, Azərbaycan İctimai Televiziyası türkdilli xalqların daha da yaxınlaşması üçün böyük işlər görür və bu sahədə daha sanballı uğurlar əldə olunacaq. Bu telekanalda həftədə 6 gün efirə çıxan «Yeni gün» proqramı əvvəllər Azərbaycan və Türkiyəni birləşdirirdisə, indi həmin telekörpüyə həftənin 3-cü günləri Qırğızıstan televiziyası da qoşulur. «Bunun sayəsində biz kökü bir olan xalqlarımızın ədəbiyyatı, mədəniyyəti, incəsənəti haqqında daha çox öyrənə bilərik», deyə Akmataliyev vurğulayıb.

İsmayıl Ömərov bu titula Bişkekdəki Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun təqdimatına əsasən və Beynəlxalq Aytmatov Akademiyası Elmi Şurasının qərarı ilə layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR