Bank Of Baku

Mətbuat Şurası bu il Azərbaycanda “Diffamasiya haqqında” qanunun qəbuluna çalışacaq

Mətbuat Şurası bu il Azərbaycanda “Diffamasiya haqqında” qanunun qəbuluna çalışacaq
# 12 mart 2010 10:35 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Mətbuat Şurası (MŞ) bu ilin sonuna kimi Azərbaycanda “Diffamasiya haqqında” qanunun qəbul olunmasına çalışacaq. APA-nın məlumatına görə, bu barədə MŞ sədri Əflatın Amaşov bildirib. Ə. Amaşov deyib ki, MŞ 2010-cu ili “Diffamasiya ili” elan edib: “Biz bir sıra qurumlarla birgə geniş planlar paketi hazırlamışıq ki, bu ilin sonuna qədər diffamasiya ilə bağlı əldə olunanları ümumiləşdirib parlamentə təqdim edək və qanunun qəbul olunmasına yardımçı olaq. Bu məsələdə qarşıda duran əsas məsələlərdən biri jurnalistlərin məsuliyyətini daha da artırmaqdır”.

Ə. Amaşov bildirib ki, Azərbaycan jurnalistlərinin 2003-cü ildə qəbul etdiyi Jurnalistlərin Peşə Davranış Qaydalarının da xarici təcrübəyə əsasən yenidən işlənməsini planlaşdırılır və payıza qədər bu məsələlərə tam aydınlıq gələcək. Yenilənmiş qaydaların Azərbaycanda fəaliyyət göstərən bütün KİV-in imzalaması nəzərdə tutulur.

Ə. Amaşov onu da qeyd edib ki, Azərbaycanda jurnalistlərin ixtisasının artırılması vacib məsələlərdən biridir və bununla bağlı mərkəzin yaradılmasına ehtiyac var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR