Bank Of Baku

Lənkəranda “Hüquq-mühafizə orqanları ilə KİV-lər arasındakı münasibətin tənzimlənməsi yolları ” mövzusunda dəyirmi masa keçirilib - FOTO

Lənkəranda “Hüquq-mühafizə orqanları ilə KİV-lər arasındakı münasibətin tənzimlənməsi yolları ” mövzusunda dəyirmi masa keçirilib - <font color=red>FOTO</font>
# 12 mart 2010 15:16 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Lənkəran şəhərində “Hüquq-mühafizə orqanları ilə KİV-lər arasındakı münasibətin tənzimlənməsi yolları ” mövzusunda dəyirmi masa keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, tədbirdə bölgənin 9 rayonunun polis şöbələrinin və respublikanın aparıcı KİV-nin əməkdaşları iştirak ediblər. ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi, Daxili İşlər Nazirliyi (DİN) və “Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyinin (İB) birgə təşkilatçılığı ilə reallaşan dəyirmi masanı giriş sözü açan İB-nin sədr müavini Nahid Baxşəliyev “Cəmiyyət dəstəkli polis” layihəsinin keçirilməsinin jurnalistlərlə polislər arasında əlaqələrin, münasibətlərin keyfiyyət baxımından yeni məcra almasına, eyni zamanda bu münasibətlərin gələcəkdə tənzimlənməsinə yardımçı olmaq məqsədini daşıdığını bildirib.
ATƏT-in Bakı ofisinin nümayəndələri Marko Kubni və Kemal Karademir cıxışlarında polis-media münasibətlərinin Almaniya və Türkiyə təcrübəsindən söz açaraq, bu cür layihələrin cəmiyyət üçün böyük fayda gətirəcəyini və təmsil olunduqları qurum tərəfindən daim dəstəklənəcəyini diqqətə çatdırıblar.
DİN-in əməkdaşı Orxan Mansurzadə də çıxışında dəyirmi masada aparılan fikir mübadiləsinin və irəli sürülən təkliflərin böyük səmərə verəcəyinə, gələcəkdə polis və jurnalistlərin daha yaxşı davranmalarına səbəb olacağına əminliyini ifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR