Bank Of Baku

Bakıda “Rusiya mediası kontekstində müasir mətbuatın problemləri” mövzusunda dəyirmi masa keçirilib

Bakıda “Rusiya mediası kontekstində müasir mətbuatın problemləri” mövzusunda dəyirmi masa keçirilib
# 13 mart 2010 09:36 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Söz Azadlığını Müdafiə Fondu (SAMF) və İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun təşkilatçılığı ilə “Rusiya mediası kontekstində müasir mətbuatın problemləri” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə yerli media ekspertləri və Rusiya jurnalistikasının aparıcı simaları, media mütəxəssisləri iştirak edib. SAMF-nun rəhbəri Musa Yaqub bildirib ki, müasir mətbuatın bir sıra problemləri var və bu problemlərin aradan qaldırılması üçün ayrı-ayrı ölkələrin jurnalistləri birgə addımlar atmalıdır. O, Rusiya jurnalistikasının ənənəsinin olduğunu və bu təcrübədən yararlanmağın əhəmiyyətini vurğulayıb.

Rusiya Jurnalistlər Birliyinin (RJB) sədri, SSRİ Dövlət Televiziya və Radio Komitəsində mərkəzi Televiziya Proqramlarının baş direktoru işləmiş Vsevolod Boqdanov bildirib ki, jurnalistika elm, incəsənət kimi həyatın vacib sahələrdən biridir. O, müasir jurnalistikanın bir sıra problemlərinin mövcud olduğunu, bunlardan birinin də qloballaşma və qloballaşma texnologiyaları problemləri olduğunu vurğulayıb: “Müasir qloballaşma insan və cəmiyyət arasında ziddiyyət yaradır. Amma müasir insanlar jurnalistlərə o qədər də inanmır və bu da böyük problemdir. Bununla bərabər jurnalistika ən gözəl peşələrdən biridir. Mən Azərbaycan jurnalistlərinin hazırladıqları proqramlara, debatlara baxdım, maraqlıdır. Amma bunlar informativ xarakter daşıyır. Jurnalistika təkcə informasiya deyil, həm də hisslərdir, emosiyalardır”.

RJB-nin katibi Mixail Fedotov dəyirmi masada “Mətbuatdan şikayətlər” mövzusunda məruzə ilə çıxış edib. O da müasir insanların jurnalistikaya o qədər inanmadığını qeyd edib: “Jurnalistikanın funksiyaları ilə bağlı danışıb və əsas funksiyanın informasiya və etibarın olduğunu qeyd edib əgər etibar yoxdursa, istənilən məlumat dezinformasiya kimi qəbul ediləcək”.

Tədbirdə mövzu ətrafında yerli media nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR