Bank Of Baku

TRT telekanalının çəkiliş qrupu Qubadakı soyqırımı məzarlığında olub

TRT telekanalının çəkiliş qrupu Qubadakı soyqırımı məzarlığında olub
# 13 mart 2010 16:11 (UTC +04:00)
APA-nın Şimal bürosunun məlumatına görə, türkiyəli jurnalistlər ermənilərin 1918-ci ildə Qubada törətdiyi soyqırımı hadisəsi və bu dəhşətli faciənin əyani göstəricisi olan kütləvi məzarlıq barəsində bütün dünya ölkələrinin tamaşaçıları üçün reportaj hazırlamaq niyyətində olduqlarını bildiriblər.

TRT telekanalının Azərbaycan üzrə nümayəndəsi Yüksəl Dəyərcan Qubadakı soyqırımı məzarlığının erməni vəhşiliyini sübuta yetirən ən tutarlı və real faktlardan biri olduğunu qeyd edib: “ABŞ Konqresinin Nümayəndələr Palatasının beynəlxalq əlaqələr komitəsinin ardınca İsveç parlamentinin qəbul etdiyi qondarma “erməni soyqırımı” layihəsi əslində heç bir tarixi fakta, dəlil və sübuta əsaslanmır. Tarix boyu Anadolu və Azərbaycan türklərinə qarşı soyqırımı hadisələri törədənlər ermənilər olub. Ermənin vəhşiliyinin tipik nümunəsi isə göz önündədir - 600-dək qadın, qoca və uşağın işgəncə ilə qətlə yetirildikdən sonra kütləvi şəkildə dəfn olunduğu Quba soyqırımı məzarlığı”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR