Bank Of Baku

Mətbuat Şurası və ATƏT-in Bakı ofisi birgə tədbirlər keçirəcək - FOTO

Mətbuat Şurası və ATƏT-in Bakı ofisi birgə tədbirlər keçirəcək - <font color=red>FOTO</font>
# 15 mart 2010 12:47 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Mətbuat Şurası ATƏT-in Bakı ofisi ilə birlikdə silsilə tədbirlər keçirəcək. APA-nın məlumatına görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorellə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, ATƏT-in Bakı ofisi ilə birlikdə təşkil olunacaq tədbirlərdə məqsəd MŞ-nın fəaliyyətinin səmərəliliyini artırmaqdır. Ə. Amaşov tədbirlər çərçivəsində “Diffamasiya haqında” qanun layihəsinin hazırlanaraq Milli Məclisə təqdim olunacağını söyləyib: “Biz bu qanunun qəbuluna nail olmağa çalışacağıq. Bundan başqa, jurnalistlərin peşə davranış qaydaları kodeksi yenidən işlənib hazırlanacaq. May ayından tədbirlərin keçirilməsinə başlanacaq. Payızda jurnalistlərin geniş forumunu təşkil edəcəyik”.

Əli Bilgə Cankorel isə bəyan edib ki, əsas məqsəd diffamasiyanı nəzərdə tutan maddələrin Cinayət Məcəlləsindən çıxarılmasına nail olmaqdır. Onun sözlərinə görə, ATƏT-lə birlikdə keçiriləcək tədbirlər mühüm əhəmiyyət kəsb edir və bu, Azərbaycan mətbuatı üçün faydalı olacaq: “Müsbət nəticələr əldə olunacağına inanırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR