Bank Of Baku

“Söz azadlığı və jurnalistlərin müdafiəsinə yardım fondu” jurnalistlərə maliyyə yardımı ayrıb

“Söz azadlığı və jurnalistlərin müdafiəsinə yardım fondu” jurnalistlərə maliyyə yardımı ayrıb
# 15 mart 2010 13:09 (UTC +04:00)
Bakı-APA. Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə fəaliyyət göstərən “Söz azadlığı və jurnalistlərin müdafiəsinə yardım fondu” İdarə Heyətinin növbəti iclası keçirilib. Fonddan APA-ya verilən məlumata görə, İdarə Heyətinin iclasında mart ayı ərzində daxil olan 8 müraciətə baxılıb. Bir müraciət hüquqi araşdırıma tələb edildiyi üçün saxlanılıb. Müraciətlərdən 7-sı təmin edilərək, bütövlükdə 3700 ABŞ dolları həcmində maliyyə yardımı ayrılması barədə qərar qəbul olunub. Qərara əsasən “Yeni Müsavat” qəzetinin redaksiyasına 500, “Poliqon” İA-nın əməkdaşı Elmin Bədəlova 300,
“Azadlıq” qəzetinin əməkdaşı Gültəkin Knyazqızına 400, “SalamNews” İA-nın əməkdaşı Zülfüqar Xeyirxəbərə 300, həbsdə olan jurnalist Eynulla Fətullayevin ailəsinə 500, “Nota” qəzetinin baş redaktoru Sərdar Əliyevə 300 ABŞ dolları məbləğində maliyyə yardımı edilib.
Məlumata görə, Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun qərarına əsasən “Azadlıq” qəzetinin əməkdaşı Mirzə Sakitin müalicəsini xarici ölkədə davam etdirməsi məqsədi ilə 1400 ABŞ dolları məbləğində maliyyə yardımı edilməsi barədə müraciəti də təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR