Bank Of Baku

Gəncədə “Hakimlər, prokurorlar, jurnalistlər və ictimaiyyətin məlumat əldə etmə hüququ” mövzusunda konfrans keçirilib

Gəncədə “Hakimlər, prokurorlar, jurnalistlər və ictimaiyyətin məlumat əldə etmə hüququ” mövzusunda konfrans keçirilib
# 15 mart 2010 14:54 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Gəncədə ABŞ səfirliyinin xətti ilə “Hakimlər, prokurorlar, jurnalistlər və ictimaiyyətin məlumat əldə etmə hüququ” mövzusunda konfrans keçirilib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, konfransda Gəncə, Göygöl, Daşkəsən, Samux, Şəmkir, Tovuz, Gədəbəy, Yevlax və Gornaboy rayonlarından ədliyyə, məhkəmə və prokurorluq orqanlarının namayəndələri iştirak edib. Konfrasda “Stereotiplərin aradan qaldırılması”, “İctimai səviyyədə qavrama səviyyəsinin yaxşılaşdırılması”, “KİV-lə təşəbüskar səviyyədə əməkdaşlıq”, “İctimaiyyətin məlumat əldə etmək hüququnun təmin edilməsi”, “Rəqabətli maraqların balanslaşdırılması” və “Mətbuat üzrə təlimatnamələrin işlənib hazırlanması” movzusunda müzakirələr aparıb. Konfransda ABŞ Ədliyyə Departamentinin məsləhətçisi Barbara Svann adıçəkilən mövzularda ABŞ təcrübəsi barədə və bu təcrübədən yararlanmaq yolları haqqında məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR