Bank Of Baku

Azərbaycanda “Media kataloq”u çap edilib - FOTO

Azərbaycanda “Media kataloq”u çap edilib - <font color=red>FOTO</font>
# 16 mart 2010 10:13 (UTC +04:00)
Bakı-APA. Söz Azadlığını Müdafiə Fondu (SAMF) icrasına başladığı “Ölkəmizdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin yeni və nəfis tərtibatlı kataloqunun kitab şəklində çapı” layihəsinin reallaşdırılması prosesini başa çatdırıb. SAMF-dən APA-ya verilən məlumata görə, üç dildə - Azərbaycan, rus və ingilis dillərində çap olunan media-kataloqa ictimai həyatda tanınan, ictimai fikrə müəyyən mənada təsir imkanı olan qəzetlərin, jurnalların, elektron və internet-medianın, eləcə də tanınmış jurnalist təşkilatlarının yaranma tarixi, sabiq və indiki rəhbərliyi, strukturu barədə informasiyalar daxildir.
Media-kataloqun ön sözünün müəllifi şair, SAMF sədri Musa Yaqub, redaktoru təşkilatın icraçı direktoru Vüqar Tofiqlidir. Kitab “Apostrof” Çap Evinin mətbəəsində çap olunub.
SAMF-dan onu da bildiriblər ki, “Azərbaycan media-kataloqu” adlanan kitab KİV-ə pulsuz paylanılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR