Bank Of Baku

Politoloqların Diskussiya Klubunda jurnalist Rasim Ağayevin 70 illik yubileyi qeyd olunub

Politoloqların Diskussiya Klubunda jurnalist Rasim Ağayevin 70 illik yubileyi qeyd olunub
# 17 mart 2010 10:52 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Politoloqların Diskussiya Klubunun növbəti toplantısı keçirilib. APA-nın məlumatına görə, klub üzvləri jurnalist və politoloq Rasim Ağayevin 70 illik yubileyini qeyd ediblər. Tədbirdə “RİA Novosti” agentliyinin Bakı filialının rəhbəri Valeri Yenin agentliyin rəhbərliyinin Rasim Ağayevə ünvanladığı təbrik teleqramını səsləndirib. Teleqramda deyilir ki, uzun illər bu informasiya agentliyinin Livan və Azərbaycandakı xüsusi müxbiri kimi çalışan Rasim Ağayev jurnalistikanın inkişafına böyük tövhə verib.
Rasim Ağayevin jurnalist və politoloq həmkarları onunla birgə çalışdıqları illər, gördükləri iş barədə danışıb, onu bacarıqlı jurnalist, istedadlı politoloq və xoşbəxt ailə başçısı adlandırıblar.
Vəkil Aslan İsmaylov Rasim Ağayevi müdafiə etdiyi illəri xatırlayaraq bildirib ki, bu, onun apardığı işlərdən ən maraqlısı olub, çünki ağıllı adamla ünsiyyət imkanı qazanıb.
Xatırladaq ki, Rasim Ağayev 40 ildən artıqdır jurnalistikanın müxtəlif sahələrində fəaliyyət göstərir. O “Mayak” radiosunda, “Trud” qəzetində, «RİA Novosti» agentliyində çalışıb, Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovun mətbuat katibi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR