Bank Of Baku

Qənimət Zahid: “Həbsxana həyatımın mövqeyimə heç bir təsiri olmayacaq”

Qənimət Zahid: “Həbsxana həyatımın mövqeyimə heç bir təsiri olmayacaq”
# 18 mart 2010 10:50 (UTC +04:00)
Baş redaktor həbsxanadan buraxılandan sonra evdə ailəsinin və dostlarının arasında özünü çox yaxşı hiss etdiyini deyib. Q. Zahid ilk gedəcəyi yerin iki gün əvvəl dünyasını dəyişən jurnalist İbrahim Bayandurlunun üç mərasimi olacağını bildirib: “Bu tezlikdə işə çıxa biləcəyimi güman eləmirəm. “Azadlıq”da işə başlamağa tələsmirəm”.

Q. Zahid əfv olunmasına da münasibət bildirib: “Azadlıq mənim haqqımdır. Bütün dəyərləndirməm bundan ibarətdir”.

Baş redaktor həbsxana həyatının jurnalist mövqeyinə heç bir təsiri olmayacağını da deyib: “Həbsxana həyatımın mövqeyimə heç bir təsiri olmayacaq. Yenə də əvvəlki Qənimətəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR