Bank Of Baku

Vladimir Doroxin: “AzTV Rusiya ərazisində “NTV+” paketinə daxil olacaq ilk kanallardan ola bilər” - EKSKLÜZİV

Vladimir Doroxin: “AzTV Rusiya ərazisində “NTV+” paketinə daxil olacaq ilk kanallardan ola bilər” - <font color=red>EKSKLÜZİV</font>
# 19 mart 2010 12:13 (UTC +04:00)
“Mən AzTV-nin rəhbəri ilə danışmışam, o mənə bildirib ki, bu istiqamətdə iş aparır”, - deyə diplomat bildirib. “Bu danışıqlar Azərbaycan telekanallarının Rusiyada, Rusiya telekanallarının Azərbaycanda qarşılıqlı yayımı ilə bağlı yaradılmış işçi qrupunda müzakirə olunurmu” sualını cavablandıran səfir deyib ki, bu, tamamilə başqa layihədir: “Həmin işçi qrup qapanmış məsələdir, biz onunla məşğul olmuruq”.

Qeyd edək ki, Rusiya prezidenti Dmitri Medvedyev Rusiyanın MDB ölkələrinin telekanallarına öz ərazisində qarşılıqlı əsaslarda yayım həyata keçirmək imkanı verməyə hazır olduğunu bəyan edib.

Rusiyanın rabitə və kütləvi kommunikasiya naziri İqor Şeqolev isə deyib ki, MDB ölkələrinin milli telesiqnallarının Rusiyada yayılması məsələsi işlənilib: “Belə kanalların “NTV+” peyk platformasında yerləşdirilməsi ən optimal variantdır”.

Onun sözlərinə görə, bu məsələnin hüquqi və texniki tərəfləri ilə bağlı MDB-dəki tərəfdaşlarla danışıqlar aparılıb.

“Qazprom-Media”nın baş direktoru Nikolay Senkeviç isə deyib ki, holdinq öz hesabına MDB ölkələrinin telekanallarını “NTV+” platformasında yerləşdirmək qərarına gəlib. “NTV+”-un yeni potensial abunəçiləri milli telekanallarının yayımına simvolik qiymətə - 50 rubla baxa bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR