Bank Of Baku

“Təzadlar” qəzetinin Mətbuat Şurasına qarşı iddiası rədd edilib

“Təzadlar” qəzetinin Mətbuat Şurasına qarşı iddiası rədd edilib
# 30 mart 2010 16:11 (UTC +04:00)
APA-nın məlumatına görə, bu gün hakim İkram Şirinovun sədrliyi ilə keçirilən məhkəmə prosesində qəzetin Mətbuat Şurasının bu nəşrlə bağlı çıxardığı qərarının ləğvi, Şuranın “Təzadlar”dan üzr istəməsi və dəymiş mənəvi ziyana görə 50 min manat cərimə ödəməsi ilə bağlı tələbi əsassız sayılıb.

Məhkəmədə iştirak edən MŞ-nin səlahiyyətli nümayəndəsi, vəkil Şəmsəddin Əliyevin bildirdiyinə görə, iddiaçı tərəf prosesin yekunlaşmaqda olduğu indiki mərhələdə işin aidiyyəti üzrə Bakı şəhər 1 saylı Yerli İqtisad Məhkəməsinə göndərilməsi barədə vəsatət qaldırıb. Məsələyə aydınlıq gətirərən vəkil qəzetin bu addımını məhkəmə prosesini ləngitmək istəyi kimi dəyərləndirib və hakimin vəsatəti təmin etmədiyini vurğulayıb.

Qeyd edək ki, Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası ötən ilin sentyabrında keçirilən iclasında Türkiyənin Azərbaycandakı səfirliyinin müraciətinə əsasən, “Təzadlar” qəzetində səfir Hulusi Kılıç barədə gedən yazını müzakirə edərək müvafiq rəy çıxarıb. Həmin rəydə nəşrin məlum materialında peşə prinsiplərinin tələblərinə aşkar sayğısızlıq etdiyi əksini tapıb. Sənəddə, həmçinin “Təzadlar”ın fəaliyyəti ilə bağlı quruma daxil olan digər şikayət və müraciətlərin motivləri nəzərə alınaraq nəşrin adının Şuranın “qara siyahı”ya salınmasının zəruriliyi göstərilib. MŞ-nin İdarə Heyəti 22 oktyabr 2009-cu il tarixli iclasında həmin rəy əsasında müvafiq qərar çıxarıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR