Mətbuat Şurası: “Təzadlar” qəzetinin Mətbuat Şurasına qarşı məhkəmə iddiasının təmin edilməsi barədə informasiyalar həqiqəti əks etdirmir” - FOTO

Mətbuat Şurası: “Təzadlar” qəzetinin Mətbuat Şurasına qarşı məhkəmə iddiasının təmin edilməsi barədə informasiyalar həqiqəti əks etdirmir” - <font color=red> FOTO</font>
# 01 aprel 2010 14:19 (UTC +04:00)
Bakı-APA. “Bu gün bəzi kütləvi informasiya vasitələrində «Təzadlar» qəzetinin Azərbaycan Mətbuat Şurasına qarşı Nəsimi rayon Məhkəməsində qaldırdığı iddianın bu məhkəmə instansiyası tərəfindən təmin edildiyinə dair məlumatlar yayılıb.
Azərbaycan Mətbuat Şurası belə informasiyaların həqiqətə uyğun olmadığını bildirir”.
Bu barədə Mətbuat Şurasından APA-ya daxil olan müraciətdə bildirilib: “Məlumat üçün Nəsimi Rayon Məhkəməsində «Təzadlar» qəzetinin Mətbuat Şurasına qarşı qaldırdığı iddia üzrə çıxarılan 30 mart 2010-cu il tarixli qətnamənin nəticə hissəsini təqdim edirik. Nəsimi rayon Məhkəməsi martın 30-da hakim İkram Şirinovun sədrliyi ilə keçirilən prosesdə “Təzadlar”ın Mətbuat Şurasının rəhbərliyinə qarşı iddiasının təmin edilməməsi ilə bağlı qətnamə çıxarıb. Məlumat üçün onu da bildiririk ki, Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası ötən ilin sentyabrında keçirilən iclasında Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin müraciətinə əsasən «Təzadlar» qəzetində səfir Hulusi Kılıç barədə gedən yazını müzakirə edərək müvafiq rəy çıxarıb. Həmin rəydə nəşrin məlum materialında peşə prinsiplərinin tələblərinə aşkar sayğısızlıq etdiyi əksini tapıb. Sənəddə həmçinin «Təzadlar»ın fəaliyyəti ilə bağlı quruma daxil olan digər şikayət və müraciətlərin motivləri nəzərə alınaraq nəşrin adının Şuranın «qara siyahı»ya salınmasının zəruriliyi göstərilib”.
Mətbuat Şurasının İdarə Heyəti 22 oktyabr 2009-cu il tarixli iclasında həmin rəy əsasında müvafiq qərar çıxarıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR