Bank Of Baku

Məhkəmə “Gündəlik Bakı” qəzetinin Azərbaycan Mətbuat Şurasına qarşı iddiasını rədd edib

Məhkəmə “Gündəlik Bakı” qəzetinin Azərbaycan Mətbuat Şurasına qarşı iddiasını rədd edib
# 02 aprel 2010 16:00 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün 1 saylı Bakı yerli İqtisad Məhkəməsində hakim Tahirə Əsədovanın sədrliyi ilə “Gündəlik Bakı” qəzetinin Azərbaycan Mətbuat Şurasına (MŞ) qarşı iddiası əsasında yekun məhkəmə prosesi keçirilib. MŞ-nın vəkili Şəmsəddin Əliyevin APA-ya verdiyi məlumata görə, ötən il dekabrın 30-da MŞ-nın İdarə Heyəti “Gündəlik Bakı” qəzetini “reket” elan edib. Bu qərarı özünün işgüzar nüfuzuna xələl gətirmək kimi qiymətləndirən qəzet MŞ-dan maddi və mənəvi ziyanın ödənilməsi üçün 50 min və 100 min manat civarında ödəniş tələb edən iddia qaldırıb: “Məhkəmədə iddiaçı tərəfin vəkili çıxış edərək iddianın təmin olunmasını, MŞ-nın “Gündəlik Bakı” qəzetinin “reket” elan olunması ilə bağlı qərarının ləğvini tələb edən qətnamənin qəbulunu tələb edib. Mən isə çıxışımda bu iddianın əsassız olduğunu bildirdim və qeyd etdim ki, iddiaçı tərəf mənəvi ziyanın dəyməsi ilə bağlı iddiasını sübuta yetirməlidir. Məhkəmə sonda “Gündəlik Bakı” qəzetinin iddiasının rədd edilməsi ilə bağlı qətnamə qəbul edib”.

Ş. Əliyev bildirib ki, MŞ “reket” jurnalistikasına qarşı mübarizəni bundan sonra da davam etdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR