Bank Of Baku

Azərbaycanda qəzet təsisçisi həbs edilib

Azərbaycanda qəzet təsisçisi həbs edilib
# 07 aprel 2010 15:55 (UTC +04:00)
O, Cinayət Məcəlləsinin 178.2.1-ci (dələduzluq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinir. Binəqədi rayon Prokurorluğu tərəfindən barəsində axtarış elan edilən İ. İsmayılov bu gün tutularaq istintaqa təhvil verilib.

Məlumatda həmçinin bildirilir ki, İ. İsmayılov "Bakı sərnişindaşıma" MMC-nin müfəttişi, Bakı sakini 1983-cü il təvəllüdlü Faiq Əliyar oğlu Abbasəliyevin şikayəti əsasında saxlanılıb. F. Abbasəliyev polisə ərizə ilə müraciət edərək Binəqədi rayonunun Ə. Rəcəbli küçəsində "Korrupsiyaya son" qəzetinin təsisçisi İbrahim İsmayılov, həmin qəzetin redaktor müavini, Oğuz sakini, 1956-cı il təvəllüdlü Maarif Sayəddin oğlu Çələbiyev özlərini Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edərək ondan hədə-qorxu yolu ilə pul tələb ediblər.

Adıçəkilən jurnalistlərin dələduzluqla bağlı başqa əməllərinin də olduğu bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR