Bank Of Baku

Avropa Şurası Tiflisdə mətbuat azadlığına dair konfrans keçirəcək

Avropa Şurası Tiflisdə mətbuat azadlığına dair konfrans keçirəcək
# 07 aprel 2010 16:50 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli – APA. Avropa Şurası və hazırda təşkilatın Nazirlər Komitəsinə sədrlik edən İsveçrə hökuməti Gürcüstan paytaxtında aprelin 15-16-da Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova və Ukraynada mətbuat azadlığının əhəmiyyəti adlı iki günlük konfrans təşkil edir.

APA-nın Avropa bürosunun məlumatına görə, toplantıda adı çəkilən ölkələrin üzləşdiyi jurnalistlərin müdafiə olunması və təhlükəsizliyi, söz azadlığına edilən hücumlar və bu sahədə yeni texnologiyaların əhəmiyyəti kimi əsas problemlərə toxunulacaq.

Bundan başqa, konfransın əsas məqsədi sözügedən ölkələrdə söz və məlumat azadlığını inkişaf etdirmək üçün Avropa Şurasının norma və tövsiyələrinə uyğun gələn konkret tövsiyələr planını irəli sürməkdir.

Toplantıda ATƏT-in Media azadlığı üzrə yeni nümayəndəsi Dunya Mijatoviç və Avropa Jurnalistlər Assosiasiyasının “Mətbuat azadlığı” İngiltərə şöbəsinin sədri Vilyam Horşley çıxış edəcəklər. Bundan başqa, hökumət nümayəndələri, parlamentlərin üzvləri, mətbuat sahəsində fəaliyyət göstərən müxtəlif ekspertlər və QHT təmsilçiləri də bu konfransın işində iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR