Bank Of Baku

Konqoda jurnalist qətlə yetirilib

Konqoda jurnalist qətlə yetirilib
# 09 aprel 2010 08:58 (UTC +04:00)
Bakı-APA. Konqo Demokratik Respublikasının şimal-şərqində jurnalist hərbi geyimli şəxslər tərəfindən evinin qarşısında güllələnib. Bu barədə APA-ya Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) Azərbaycan Milli Komitəsindən bildirilib. Məlumata görə, Konqo Milli Televiziya və Radiosunun fotomüxbiri Patient Çibeya axşam saat 22.00 radələrində evinin qarşısında taksidən düşən zaman hərbi geyimli və silahlı yeddi şəxs ona yaxınlaşıb. Onlara bir qədər pul və mobil telefonunu verən jurnalist silahlıların çıxıb gedəcəyinə ümid edib. Lakin onlar jurnalisti güllələyib.
P. Çibeyanı yaxşı tanıyan konqolu jurnalist Muhinda Vema Kennedi qətlin əvvəlcədən planlaşdırıldığını bildirib: “Təxminən bir ay əvvəl başqa bir konqolu jurnalist də hədələnib. Hazırda o, ciddi mühafizə olunur”.
Qətlə görə günahkarların məsuliyyətə cəlb edilməli olduğunu deyən BMİ-nin direktoru Devid Dədc səlahiyyətli orqanları jurnalistlərə qarşı digər hücum və hədələri tam araşdırmağa çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR