Bank Of Baku

Tiflisdə “Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada KİV azadlığına çağırış” mövzusunda konfrans keçiriləcək

Tiflisdə “Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada KİV azadlığına çağırış” mövzusunda konfrans keçiriləcək
# 10 aprel 2010 09:08 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Aprelin 15-16-da Tiflisdə “Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada KİV azadlığına çağırış” mövzusunda konfrans keçiriləcək. APA-nın Avropa Şurasının (AŞ) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, konfrans İsveçrənin AŞ Nazirlər Komitəsinə sədrliyi çərçivəsində təşkil olunub.
Konfransda Cənubi Qafqaz ölkələri, Moldova və Ukraynada jurnalistlərin təhlükəsizliyi və müdafiəsi, söz azadlığının təminatı sahəsində problemlər əsas müzakirə mövzusu olacaq.
Tədbirin əsas natiqləri ATƏT-in mətbuat və söz azadlığı üzrə yeni təyin olunmuş xüsusi nümayəndəsi Dunya Miyatoviç, Avropa Jurnalistlər Assosiasiyasının KİV azadlığı üzrə nümayəndəsi Vilyan Horslidir.
Konfransda hökumət təmsilçiləri, deputatlar, KİV və QHT nümayəndələri iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR