Bank Of Baku

“Dağlıq Qarabağ Azərbaycan mətbuatında” mövzusunda dəyirmi masa keçirilib

“Dağlıq Qarabağ Azərbaycan mətbuatında” mövzusunda dəyirmi masa keçirilib
# 12 aprel 2010 12:08 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün “Dağlıq Qarabağ Azərbaycan mətbuatında” mövzusunda dəyirmi masa keçirilib. APA-nın xəbərinə görə, Parlament Jurnalistlər Birliyinin (PJB) təşkilatçılığı ilə baş tutan tədbirdə Milli Məclisin deputatları, tanınmış media və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər. PJB-nin sədri Elşad Eyvazlı Dağlıq Qarabağ probleminin Azərbaycan mətbuatında hansı səviyyədə işıqlandırılmasının böyük önəm daşıdığını deyib. Onun sözlərinə görə, jurnalistlər bu mövzuda yazanda vətəndaşlıq mövqeyi nümayiş etdirməlidir.

Millət vəkili Qənirə Paşayeva Azərbaycanın informasiya müharibəsində qalib gəlməsinin zəruri olduğunu diqqətə çatdırıb. Deputat təklif edib ki, televiziyalarda vətənpərvərlik ruhunda verilişlərin sayı artırılmalı, Qarabağ mövzusunda yazılan keyfiyyətli yazılar tərcümə olunaraq dünyaya çatdırılmalıdır.

“Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı isə Azərbaycanda rəsmi səviyyədə dəstək göstərilməklə sırf Qarabağ mövzusunu işıqlandıran ingilisdilli internet portalının yaradılmasını təklif edib. Onun sözlərinə görə, həmin portalda Dağlıq Qarabağla yanaşı Azərbaycanın digər tarixi torpaqları haqqında da ətraflı məlumatlar yerləşdirilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR