Bank Of Baku

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu 2010-cu il üçün elan etdiyi layihə müsabiqəsinin qalibləri üçün treninqlərə başlayıb

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu 2010-cu il üçün elan etdiyi layihə müsabiqəsinin qalibləri üçün treninqlərə başlayıb
# 12 aprel 2010 14:43 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2010-cu il üçün elan etdiyi layihə müsabiqəsinin qalibləri üçün treninqlərə başlayıb. Fonddan APA-ya verdiyi məlumata görə, qalib qurumların layihə rəhbərləri və baş mühasibləri üçün iki hissədən ibarət olacaq treninqlər hər qrup üzrə 3 gün davam edəcək. Treninqlərdə layihə və maliyyə idarəçiliyi, hesabatların tərtibatı, dövlət orqanları və donorla iş mexanizmləri, fondun tələblərinə uyğun sənədləşmələrin aparılması qaydaları haqqında təlimlər keçiriləcək.

Fondun icraçı direktoru Vüqar Səfərli və Mətbuat Şurasının sədri Əflatun Amaşov layihə rəhbərləri ilə görüşərək treninqlərin məqsədi və mahiyyəti barədə məlumat veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR