Bank Of Baku

Azərbaycan Mətbuat Şurası daha 7 qəzeti və 1 jurnalı “reket nəşr” elan edib

Azərbaycan Mətbuat Şurası daha 7 qəzeti və 1 jurnalı “reket nəşr” elan edib
# 13 aprel 2010 11:53 (UTC +04:00)
Şuradan APA-ya verilən məlumata görə, V. Rəhimzadə ilin əvvəlindən indiyədək komissiyaya 20-dən artıq şikayətin daxil olduğunu bildirib, həmin şikayətlər əsasında toplanmış materiallar barədə məlumat verib. Müzakirələrdən sonra 7 qəzet və 1 jurnal «reket nəşr» elan olunaraq, 1 qəzetə isə ciddi xəbərdarlıq edilərək adlarının «qara siyahı»ya salınması barədə rəyə gəlinib. Digərləri barədə araşdırmaların davam etdirilməsi zəruri sayılıb. Şuranın katibliyinə rəylərdə əksini tapan məsələlər barədə MŞ-nin İdarə Heyətinə ümumiləşdirilmiş təqdimat hazırlamaq həvalə edilib.

Qeyd edək ki, Mətbuat Şurasına daxil olan şikayətlərin bir qismi qurumun katibliyi və Şikayətlər üzrə Komissiyasının tövsiyyəsinə uyğun olaraq «Reket jurnalistika»ya qarşı mübarizə komissiyasında nəzərdən keçirilir. Komissiya həmin məsələlərlə bağlı rəylər çıxarır, təkliflərini verir, həmin sənədlər son mərhələdə Şuranın İdarə Heyətində dəyərləndirilir. İdarə Heyəti prosedur qaydalara əsasən yekun qərarlar çıxarır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR