Bank Of Baku

Meksikada daha bir jurnalist qətlə yetirilib

Meksikada daha bir jurnalist qətlə yetirilib
# 14 aprel 2010 09:30 (UTC +04:00)
Bakı-APA. Ötən həftə oğurlanmış Meksikanın “Voice of Michoacan” qəzetinin köşə yazarı Enrike Villikana Palomares qətlə yetirilib. Şənbə günü meksikalı jurnalistin cəsədi Miçoakan ştatının paytaxtı Moreliyada boğazı kəsilmiş halda tapılıb. APA-nın xəbərinə görə, bu barədə Beynəlxalq Mətbuat İnstitutundan (BMİ) qurumun Azərbaycan Milli Komitəsinə məlumat verilib. Jurnalistin qətli ilə bağlı danışarkən BMİ-nin Mətbuat Azadlığı üzrə nümayəndəsi Entoni Millz bunları deyib: “Biz Enrike Villikana Palomaresin amansız qətlini pisləyir və Meksikanın aidiyyəti orqanlarını jurnalistin ölümünün onun peşə fəaliyyəti ilə bağlı olub-olmamasını təcili olaraq araşdırmağa çağırırıq. Təəssüflər olsun ki, Meksikada jurnalistlərin qətlləri adi hal alıb və dünya ictimaiyyətinin bu qətllərə soyuqqanlılıqla yanaşmaq təhlükəsi yaranıb. Buna yol vermək olmaz. Meksika hökuməti jurnalist qətllərinin bu rüsvayçı epidemiyasına son qoymaq üçün səlahiyyətində olan bütün imkanlardan istifadə etməlidir”.
Xatırladaq ki, E. Villikana bu il Meksikada qətlə yetirilmiş beşinci jurnalistdir. Bu jurnalistlərin əksəriyyəti narkotik cinayəti ilə bağlı xəbərlər hazırlamaları ilə əlaqədar qətlə yetirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR