Bank Of Baku

APA “Azərbaycanın dövlətçilik tarixinin təbliği: bilmədiklərimiz” layihəsinin icrasına başlayıb

APA “Azərbaycanın dövlətçilik tarixinin təbliği: bilmədiklərimiz” layihəsinin icrasına başlayıb
# 14 aprel 2010 12:11 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. APA İnformasiya Agentliyi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin təbliği: bilmədiklərimiz” layihəsinin icrasına başlayıb. Layihənin məqsədi Azərbaycanın dövlətçilik tarixinin araşdırılması, təkzibolunmaz tarixi həqiqətlərin oxucuların diqqətinə çatdırmaqdan ibarətdir. Xüsusilə yetişən gənc nəsli Azərbaycanın keçmişi ilə yaxından tanış etmək, onlarda tariximizlə bağlı geniş təsəvvür yaratmaq nəzərdə tutulub. Layihə çərçivəsində müxtəlif tədbirlər keçiriləcək. Azərbaycan tarixinin mübahisəli mərhələləri, dövlətçilik tarixi ilə bağlı ayda bir dəfə debatlar təşkil olunacaq. Bu tədbirlərdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşlarının, ayrı-ayrı tarixçilərin, araşdırmaçıların, millət vəkillərinin, tədqiqatçı jurnalistlərin iştirakı nəzərdə tutulur.

Bundan başqa, Azərbaycanın tarixi abidələri, qədim bölgələri ilə bağlı reportajlar hazırlanacaq, geniş araşdırmalar həyata keçiriləcək. Mövzu ilə bağlı tarixçi alimlərlə müsahibələr də planlaşdırılır.

Layihənin sonunda əldə olunmuş materiallardan ibarət kitab çap olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR