Bank Of Baku

Nuşirəvan Məhərrəmli: “MTRŞ-nın fevral-aprel aylarında keçirdiyi monitorinqlər göstərir ki, telekanallarda şou xarakterli proqramların sayı yenə əvvəlki səviyyəyə qayıdıb”

Nuşirəvan Məhərrəmli: “MTRŞ-nın fevral-aprel aylarında keçirdiyi monitorinqlər göstərir ki, telekanallarda şou xarakterli proqramların sayı yenə əvvəlki səviyyəyə qayıdıb”
# 21 aprel 2010 08:09 (UTC +04:00)
APA-nın məlumatına görə, konfransda çııxış edən Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, zaman-zaman teleradio institutlarının Azərbaycan cəmiyyətində tutduğu yerə toxunmaq zərurəti hiss edilir: “Bu, belə də olmalıdır. Bütün dünya ölkələrində teleradio cəmiyyətin əsas institutlarından biridir. Son bir ildə Azərbaycnın teleradioməkanındakı mövcud vəziyyəti diqqət mərkəzində saxlayırıq və bu müzakirələrə cəmiyyətin düşüncə adamlarını da cəlb edirik. Biz cəmiyyətin ən qabaqcıl nümayəndələrini efirə çıxarmalıyıq. Lakin çox zaman telekanallar maddi amillərə söykənərək efirə yaxşıların yaxşısını deyil, digərlərini çıxarırlar. Nümunə ola biləcək insanlar efir arxasında qalır, efirə cəmiyyətə yaxşı əxlaq nümunəsi göstərə bilməyən insanlar çıxarılır”. Ə. Həsənov keçirilən konfransda səsləndirilən fikirlərin telekanalların fəaliyyətində hiss olunacağına ümid etdiyini bildirib.

MTRŞ sədri Nuşirəvan Məhərrəmli isə bildirib ki, hazırda ölkədə 8 ümumrespublika yayımçısı, 14 regional kanal, 1 peyk yayımçısı, 13 radio yayımçısı, 13 kabel operatoru və 1 ixtisaslaşmış kanal fəaliyyət göstərir: “Gələcəkdə zərurət olduğu hallarda ümumrespublika yayımçılarının sayı artırılacaq. MTRŞ yaranandan sonra ölkədə 3 ümumrespublika yayımçısı fəaliyyətə başlayıb. Hazırda teleradio sahəsində mövcud vəziyyət ictimaiyyəti çox narahat edir. Ötən ilin oktyabrından bu problem müzakirə mövzusudur”. N. Məhərrəmlinin sözlərinə görə, Azərbaycanda “Teleradio fəaliyyəti haqqında” qanun 2002-ci ildə qəbul olunub: “Bəzən biz opponentlərimiz tərəfindən tənqidlərə məruz qalırıq ki, guya əlavə səlahiyyətlər istəyirik. MTRŞ teleradio sahəsindəki problemləri inzibati yollarla həll etmək məqsədini qarşısına qoymayıb. Dövlət büdcəsindən maliyyələşən kanallarla bağlı vəziyyət yaxşıdır. Aparılan müzakirələrdən sonra televiziyalarda şou verilişlərinin sayı azalmışdı. Lakin Şuranın fevral-aprel aylarında apardığı monitorinqlər göstərib ki, bu tendensiya yenə də əvvəlki səviyyəyə qayıdıb. Verilişlərdə daha çox qalmaqallar, ailə-məişət söhbətləri, bayağı, süni, şit danışıqlar üstünlük təşkil edir. Aparıcıların səhnə, efir, geyim mədəniyyəti çox aşağıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR