Bank Of Baku

MTRŞ sədri: “Əgər özəl kanallar üzərlərinə düşən işləri görsəydilər, biz ayrıca mədəniyyət kanalının açılması barədə düşünməzdik”

MTRŞ sədri:  “Əgər özəl kanallar üzərlərinə düşən işləri görsəydilər, biz ayrıca mədəniyyət  kanalının açılması barədə düşünməzdik”
# 21 aprel 2010 08:44 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. MTRŞ sədri deyib ki, şura ona verilən səlahiyyət çərçivəsində yaranmış vəziyyətdən çıxış yollarından biri kimi mədəniyyət kanalının yaranmasını məqsədəuyğun sayır: “Əgər biz özəl kanalların yaradıcılıq işlərinə qarışa bilmiriksə, televiziya kanallarına bu sahədə “hansısa işləri gör” deyə bilmiriksə, onda onlara qarşı daha böyük tədbir görmək imkanımız var ki, bu da yeni mədəniyyət kanalının yaradılmasıdır. Həmin kanal da bizim dediyimiz çərçivələrdə fəaliyyət göstərəcək”.

N. Məhərrəmli onu da deyib ki, mədəniyyət kanalının açılması yeni televiziya kanalının yaranması deməkdir ki, bununla da reklam bazarında yeni problemlər yaranacaq: “Əgər özəl kanallar bu məsələdə üzərlərinə düşən işləri görsəydilər, biz ayrıca mədəniyyət kanalının açılması barədə düşünməzdik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR