Bank Of Baku

“Ekologiya mövzusunun kütləvi informasiya vasitələrində işıqlandırılmasına dəstək” layihəsi üzrə jurnalistlər arasında keçirilən müsabiqəyə əlavələr edilib

“Ekologiya mövzusunun kütləvi informasiya vasitələrində işıqlandırılmasına dəstək” layihəsi üzrə jurnalistlər arasında keçirilən müsabiqəyə əlavələr edilib
# 22 aprel 2010 16:02 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Ekologiya mövzusunun kütləvi informasiya vasitələrində işıqlandırılmasına dəstək” layihəsi üzrə jurnalistlər arasında keçirilən müsabiqəyə əlavələr edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təsisçilər çoxsaylı jurnalistlərin müraciətlərini nəzərə alaraq müsabiqədə qalib gəlmiş şəxslərə təqdim olunacaq mükafatların məbləğini artırıblar. Beləliklə, birinci yerin qalibi 1000 manat, ikinci yerin qalibi 800 manat, üçüncü yerin qalibi 600 manat məbləğində mükafatlandırılacaq. Həmçinin daha 10 qalibə həvəsləndirici mükafatlar təqdim ediləcək. Eyni zamanda müsabiqənin mövzuları sırasına “Ekstremal vəziyyətdə jurnalistin rolu” mövzusu da əlavə edilib.

Qeyd edək ki, “Ekologiya mövzusunun kütləvi informasiya vasitələrində işıqlandırılmasına dəstək» layihəsi üzrə jurnalistlər arasında müsabiqə 2010-cu ilin “Ekologiya ili” elan edilməsi ilə əlaqədar görülmüş işlərin ictimaiyyətə çatdırılması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Azərbaycan Mətbuat Şurasının birgə təsisçiliyi ilə elan edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR