Bank Of Baku

Azərbaycan Mətbuat Şurası tərkibində fəaliyyət göstərən apellyasiya qrupunun növbəti iclası keçirilib

Azərbaycan Mətbuat Şurası tərkibində fəaliyyət göstərən apellyasiya qrupunun növbəti iclası keçirilib
# 22 aprel 2010 16:33 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Azərbaycan Mətbuat Şurası (MŞ) tərkibində fəaliyyət göstərən apellyasiya qrupunun növbəti iclası keçirilib. APA-nın xəbərinə görə, bu adları şuranın “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrinin həmin siyahıdan çıxmaları üçün yaradılan qrupun 2010-cu ildə baş tutan sayca ikinci toplantısıdır.
Apellyasiya qrupu ilk iclasından ötən bir ay müddətində adları “qara siyahı”da yer alan KİV-lərin MŞ-yə müraciətlərindən beşini araşdırıb. Növbəlilik əsasında “Fakt”, “Həqiqət və reallıq”, “Bizim lider”, “Açıq fikir” və “Qərb xəbərləri” qəzetləri ilə bağlı məsələlərə baxılıb. Qərara alınıb ki, sözügedən mətbu vasitələrin rəhbərləri sabahdan başlayaraq Şuraya dəvət edilsinlər və onların MŞ-nin “Reket nəşr”lərin müəyyənləşdirilməsinə dair təlimatına uyğun olaraq təqdim etdikləri sənədlər araşdırılsın. Bunun əsasında hazırlanacaq müvafiq rəylər yekun qərarların qəbulu üçün qurumun İdarə Heyətinə təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR