Bank Of Baku

MTRŞ-nin iclasında ANS telekanalı ilə bağlı məsələ müzakirə olunacaq

MTRŞ-nin iclasında ANS telekanalı ilə bağlı məsələ müzakirə olunacaq
# 27 aprel 2010 09:47 (UTC +04:00)
Onun sözlərinə görə, iclasda cari məsələlər, teleradio məkanındakı mövcud vəziyyət və ANS televiziyası ilə bağlı məsələ müzakirə olunacaq: ”Sözügedən kanalda insan və heyvan arasındakı münasibətlərə həsr olunmuş qeyri-etik xarakterli, biabırçı bir səhnə efirə verilib. Bununla bağlı ciddi müzakirə aparılacaq”.

Şuradan APA-ya verilən məlumata görə, ANS telekanalında yayımlanan “Ağlasığmaz həqiqətlər” verilişi artıq iki dəfə efirə verilib. Veriliş ilk dəfə ötən ilin dekabrında yayımlanıb, aprelin 18-i saat 22.45-də isə təkrar efirə gedib. Verilişin MTRŞ-nın “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotika və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ı pozduğu, qeyri-ənənəvi seksual münasibətləri yaydığı bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR