Bank Of Baku

Nuşirəvan Məhərrəmli: “Mədəniyyət kanalının açılması ilə bağlı ciddi hazırlaşmaq lazımdır”

Nuşirəvan Məhərrəmli: “Mədəniyyət kanalının açılması ilə bağlı ciddi hazırlaşmaq lazımdır”
# 27 aprel 2010 10:08 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Yeni mədəniyyət kanalının açılması ilə bağlı belə tez bir zamanda nəticəyə nail olmaq mümkün deyil”. Bu barədə APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, mədəniyyət kanalının açılması ciddi bir məsələdir və onunla bağlı ciddi düşünmək, hərtərəfli hazırlaşmaq lazımdır: “Kəmiyyət xətrinə hansısa kanalın açılması cəmiyyətə xeyir verə bilməz. Teleradio məkanında yeni mədəniyyət kanalı açırıqsa, bu kanal bütün tələblərə cavab verməlidir. Bu, təkcə bizdən asılı olan məsələ deyil. Yeni kanalın açılması həm güclü maliyyə, həm də maddi-texniki baza tələb edir”. Şura sədri mədəniyyət kanalının açılmasının dəqiq tarixinin hələ bəlli olmadığını da deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR