Bank Of Baku

"Çağ" Öyrətim Şirkətinin Baş idarə rəisi “İki sahil” qəzetinin redaksiyasında olub - FOTO

"Çağ" Öyrətim Şirkətinin Baş idarə rəisi “İki sahil” qəzetinin redaksiyasında olub - <font color=red>FOTO</font>
# 27 aprel 2010 16:21 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. "Çağ" Öyrətim Şirkətinin Baş idarə rəisi, Ekoloji Cəmiyyətin sədri Arif Gömleksiz və onun müşaviri Ağarəsul Məmmədov “İki sahil” qəzetinin qonağı olub. Qəzetin redaksiyasından APA-ya verilən məlumata görə, Ətraf Mühitin Mühafizəsi lV Beynəlxalq Layihə Olimpiadasında ekoloji biliklərin təbliği sahəsində fəallığına görə mükafata layiq görülən “İki sahil”in baş redaktoru Vüqar Rəhimzadə ilə görüşən A. Gömleksiz Azərbaycanda ekoloji mühitin sağlamlaşdırılması naminə həyata keçirilən tədbirlərdən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bu istiqamətdə göstərdiyi səylərdən razılığını ifadə edib və 2010-cu ilin "Ekologiya ili" elan edilməsini yüksək dəyərləndirib. Ekoloji maarifləndirmənin əhəmiyyətindən bəhs edən A. Gömleksiz belə tədbirlərin gənc nəslin fəallığını artırdığını bildirib.

V. Rəhimzadə mükafata görə "Çağ" Öyrətim Şirkətinin rəhbərliyinə minnətdarlıq edərək gələcəkdə əməkdaşlığın daha da möhkəmlənməsinin gərəkliliyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR