Bank Of Baku

Azərbaycan Milli Televiziya və Radio Şurası ANS-ə xəbərdarlıq edib

Azərbaycan Milli Televiziya və Radio Şurası ANS-ə xəbərdarlıq edib
# 28 aprel 2010 14:25 (UTC +04:00)
Şuradan APA-ya verilən məlumata görə, iclasda cari məsələlər, teleradio məkanındakı mövcud vəziyyət və ANS televiziyası ilə bağlı məsələ müzakirə olunub. İclasın yekununda ANS televiziyasında aprelin 18-də saat 22.45 dəqiqədə yayımlanan ”Ağlasığmaz həqiqətlər” verilişinə görə kanala xəbərdarlıq edilib. Sözügedən verilişin MTRŞ-nın “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotika və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ının 2.7 və 2.8-ci maddələrini pozduğu bildirilir.

Qeyd edək ki, “Ağlasığmaz həqiqətlər” verilişi artıq iki dəfə efirə verilib. Veriliş ilk dəfə ötən ilin dekabrında yayımlanıb, aprelin 18-i saat 22.45-də isə təkrar efirə gedib.

İnsan və heyvan arasında münasibətlərə həsr olunmuş qeyri-etik xarakterli, biabırçı səhnələrin yer aldığı verilişdə MTRŞ-nın Xüsusi Qaydalarının pozularaq, qeyri-ənənəvi seksual münasibətlərin əks olunduğu bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR