Bank Of Baku

“Söz azadlığı azad cəmiyyətin təməl prinsiplərindən biridir” mövzusunda dəyirmi masa keçirilib

“Söz azadlığı azad cəmiyyətin təməl prinsiplərindən biridir”  mövzusunda  dəyirmi masa keçirilib
# 30 aprel 2010 10:37 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) müvəqqəti qərargahında Ümumdünya Söz Azadlığı Gününə həsr olunmuş “Söz azadlığı azad cəmiyyətin təməl prinsiplərindən biridir” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə siyasi partiyaların mətbuat xidmətlərinin, media qurumlarının rəhbərləri iştirak edib. AMİP-in mətbuat v təbliğat katibi Əli Orucov bildirib ki, söz azadlığının inkişafı üçün mediaya təzyiqlər olmamalıdır. O, demokratiyanın təməl prinsiplərindən birinin söz azadlığı olduğunu deyib.

Media və Mülki Cəmiyyət İnstitutunun rəhbəri Xanoğlan Əhmədov bildirib ki, söz azadlığı insanın əlindən alınmaz hüquqlardan biridir: “Söz azadlığını hansısa qanunların çərçivəsinə salmaq olmaz. Bu mənada Azərbaycanda söz və fikir azadlığı sahəsində çatışmazlıq çoxdur və onların aradan qaldırılması üçün xeyli iş görülməlidir”.

Milli Mənəvi Dəyərlərin Müdafiəsi İctimai Birliyinin sədri Jalə Cəfərova isə mədəniyyət sahəsində çalışan jurnalistlərin işindən narazı olduğunu bildirib: “Bunlar əsasən jurnalist çatışmazlığından irəli gəlir. Mədəniyyət sahəsində işləyən jurnalistlər əksər hallarda lazım olan məsələləri yaymağa yox, çaxnaşma yaratmağa çalışırlar”.

ADP-nin mətbuat xidmətinin rəhbəri Nurəddin İsmayılov isə söz azadlığı üçün ümumilikdə azad mühitin olmasını vacib sayıb.

Dəyirmi masada digər iştirakçılar da mövzu barədə öz fikirlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR