Bank Of Baku

“Kaspi” qəzetinin “Ədəbiyyat” əlavəsi nəşrə başlayır

“Kaspi” qəzetinin “Ədəbiyyat” əlavəsi nəşrə başlayır
# 30 aprel 2010 14:30 (UTC +04:00)
Bakı – APA. Mayın 1-dən «Kaspi» qəzetinin «Ədəbiyyat» əlavəsi işıq üzü görəcək. Bu barədə APA-ya qəzetin baş redaktoru Natiq Məmmədli məlumat verib.

Əlavə hər həftənin şənbə günü çıxacaq: “Oxucular səhifələrimizdə klassik irsimizdən tutmuş çağdaş ədəbi proseslərə kimi bütün məqamlarla, həmçinin yerli və xarici ədəbi nümunələrlə, eksklüziv tərcümə və müsahibələrlə tanış ola biləcəklər”.

Orijinal tərtibatla təqdim edilən materialların oxucuların zövqünü oxşayacağına əmin olan baş redaktor daha sonra bildirib: «Biz ucuz və vaxtı keçmiş intriqalardan uzaq, fərdlərin təhqirinə yönəlmiş bayağı publisistikadan kənar ədəbiyyat təklif edirik. Arzulayırıq ki, Azərbaycan yazıçısının yazdıqları oxucuların etimadını qazanmaqla yanaşı, dünya ədəbi mühitinə qatılsın, bizim təfəkkür məhsulumuz dünya meridianlarında da uğur qazansın. Bunun yolu isə nə təhqirdən, nə məzmunsuz diskussiyalardan, nə təqaüd, nə də vəzifə davasından keçir. Dünyaya çıxmağın əsas yolu Azərbaycan oxucusunun etimadını qazanmaqdan, öz vətənində kütləviləşmədən keçir. Yaxşı əsər yazmaq üçün kimdənsə lisenziya almağa ehtiyac yoxdur, qəzetimiz səhifələri əsil ədəbiyyat meydanıdır».

Onu da xatırladaq ki, yeni əlavənin nəşrə başlaması ilə əlaqədar olaraq bundan sonra «Kaspi»nin həftəsonu sayları 24 səhifə çıxacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR