Bank Of Baku

İctimai Teleradionun baş direktoru İsmayıl Ömərov TÜRKSOY Təşkilatı tərəfindən mükafata layiq görülüb

İctimai Teleradionun baş direktoru İsmayıl Ömərov TÜRKSOY Təşkilatı tərəfindən mükafata layiq görülüb
# 30 aprel 2010 20:48 (UTC +04:00)
Bakı-APA. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərov TÜRKSOY tərəfindən mükafatlandırılıb.

APA-nın məlumatına görə, mükafat İ.Ömərova Türk dünyası mədəniyyətinin tanıdılması istiqamətində fəaliyyətinə, İctimai Televiziyanın ortaq Türk televiziyası layihəsində tariximiz, mədəniyyətimiz və adət-ənənələrimizin təbliği, gələcək nəsillərə çatdırılması istiqamətində hazırlanan proqramlara görə təqdim edilib. İctimai Televiziyanın TRT-AVAZ ilə bir ildən artıq həyata keçirdiyi ortaq yayımda “Yeni gün” proqramına görə şirkətin Səhər proqramları departamentinin direktoru Səidə Musabəyli və bu proqramdakı peşəkar aparıcılığına görə Saleh Bağırov da TÜRKSOY-un mükafatına layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR