Bank Of Baku

Azərbaycanda mətbuat sahəsində 387 min avroluq yeni layihənin tətbiqinə başlanılıb

Azərbaycanda mətbuat sahəsində 387 min avroluq yeni layihənin tətbiqinə başlanılıb
# 03 may 2010 12:04 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycanda mətbuat sahəsində 387 min avroluq yeni layihənin tətbiqinə başlanılıb. APA-nın xəbərinə görə, bu barədə Mətbuat Şurasında layihənin təqdimatı zamanı məlumat verilib. “Etik Jurnalistika Təşəbbüsləri-Azərbaycan” adlanan layihə Söz Azadlığı və Jurnalist Peşəkarlığı Koalisiyası (SAJPK) tərəfindən həyata keçirilir. Tədbirdə sözügedən koalisiyasının rəhbəri Umud Rəhimoğlu deyib ki, bu layihənin məqsədi jurnalistikanın dəyərlərinə aid olan öhdəliklərə dəstək vermək, onu gücləndirmək və yeniləşdirməkdən ibarətdir: “Etik Jurnalistika Təşəbbüsləri proqramı Beynəlxalq Jurnalistlər Federasiyası (www.ifj.org) tərəfindən hazırlanan və müxtəlif regionlarda yerli problemlərə uyğun olaraq həyata keçirilən bir layihədir”.
Layihənin iştirakçılarından olan Jurnalistlərinin Həmkarlar İttifaqı (JuHİ) sədri Müşfiq Ələsgərli deyib ki, həyata keçiriləcək layihənin məbləği 387 min avrodur: “Beynəlxalq Jurnalistlər Federasiyası bu proqram Jurnalistlərinin Həmkarlar İttifaqı, Beynəlxalq Avroasiya Mətbuat Fondu, Demokratik Jurnalistlər Liqası və “RUH” Jurnalistlərin Hüquqlarının Müdafiəsi Komitəsindən ibarət olan Söz Azadlığı və Jurnalist Peşəkarlığı Koalisiyasının Beynəlxalq Jurnalistlər Federasiyası ilə yaxından əməkdaşlığı çərçivəsində hazırlanıb. Layihənin əsas maliyyəçisi Avropa Komissiyasıdır. Layihə iki il müddətində icra olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR