Bank Of Baku

Mətbuat Şurasında Azərbaycanda missiyası başa çatan Türkiyə səfirliyinin mətbuat xidmətinin rəhbəri ilə görüş keçirilib

Mətbuat Şurasında Azərbaycanda missiyası başa çatan Türkiyə səfirliyinin mətbuat xidmətinin rəhbəri ilə görüş keçirilib
# 03 may 2010 12:12 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Mətbuat Şurasında Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Bülənt Uğurun missiyasının başa çatması münasibətilə tədbir keçirilib. APA-nın xəbərinə görə, şura sədri Əflatun Amaşov bildirib ki, Bülənt Uğur Azərbaycanda fəaliyyət göstərdiyi dövrdə uğurlu işlər görüb, iki qardaş ölkənin daha da yaxınlaşması üçün əlindən gələni əsirgəməyib. Ə. Amaşov B. Uğurun Azərbaycan mətbuatının dostuna çevrildiyini deyib və ona bu təqdirəlayiq fəaliyyəti üçün minnətdarlıq ifadə edib.

B. Uğur isə Azərbaycanda çalışdığı dövrü həyatının çox önəmli məqamı kimi dəyərləndirib. Onun sözlərinə görə, Azərbaycan mətbuatı azad və demokratik yolla inkişaf etməkdədir: “Bu günlərdə mənim missiyamın vaxtını daha iki ay uzatdılar. Bu müddət bitdikdən sonra öz ölkəmə dönəcək və sizləri heç bir vaxt unutmayacağam” .
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR