Bank Of Baku

MTRŞ sədri yaxın vaxtlarda Azərbaycanda “Nərgiz TV” adlı yeni telekanalın fəaliyyətə başlayacağı haqda məlumatları təkzib edib

MTRŞ sədri yaxın vaxtlarda Azərbaycanda “Nərgiz TV” adlı yeni telekanalın fəaliyyətə başlayacağı haqda məlumatları təkzib edib
# 03 may 2010 12:26 (UTC +04:00)
Buna görə də çalışırıq ki, televiziya kanalları üzərlərinə düşən işi görmürlərsə, biz daha ciddi tədbirlər görərək, mədəniyyət kanalı açaq. Bu, çox ciddi məsələdir. Biz ortaya keyfiyyətli iş qoymaq istəyirik”. APA-nın xəbərinə görə, bu sözləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Azərbaycanda yeni yaradılacaq Mədəniyyət Televiziyası ilə bağlı sualı cavablandırarkən deyib. Onun sözlərinə görə, Mədəniyyət Televiziyası ilə bağlı maddi, texniki və kadr məsələlərini müzakirə etmək niyyətindədirlər. N. Məhərrəmli deyib ki, bu kanalın fəaliyyəti ilə bağlı hansısa formada dövlətin dəstəyinin olmasını istəyirlər: “Mədəniyyətlə bağlı kanalda dövlətin dəstəyi olmadan ciddi uğur qazanmağın qənaətində deyilik. Bu il belə bir televiziyanın fəaliyyətə başlaması mümkündür”.

MTRŞ sədri yaxın vaxtlarda “Nərgiz TV” adlı yeni telekanalın fəaliyyətə başlayacağı haqda informasiyanı da təkzib edib: “Belə bir şey yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR