Bank Of Baku

“İki sahil” qəzetinin Heydər Əliyevin doğum günü münasibətilə “Xüsusi buraxılışı” nəşr olunub - FOTO

“İki sahil” qəzetinin Heydər Əliyevin doğum günü münasibətilə “Xüsusi buraxılışı” nəşr olunub - <font color=red>FOTO</font>
# 07 may 2010 12:50 (UTC +04:00)
Bakı - APA. Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə “İki sahil” qəzetinin xüsusi nəşri işıq üzü görüb. APA-nın məlumatına görə, “Xüsusi buraxılış”ın baş məqalə olan “Sönməz mayak” yazısında belə bir fikir vurğulanır ki, illər, əsrlər ötəcək, ulu öndər Heydər Əliyevin Azərbaycanın xoşbəxtliyi naminə yaratdığı ölməz irs ölkəmizin yolunu mayak kimi daim işıqlandıracaq.

H. Əliyevin 1969-cu ildə Azərbaycan rəhbəri, 1982-ci il dekabrın 3-də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsi barədə tarixi hadisələr “Xüsusi buraxılış”da yer alıb.

“Heydər Əliyev - Azərbaycanın xilaskarı və qurucusu”, “Azərbaycanın iqtisadi inkişafı Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində gerçəkləşmişdir”, “Tarixi zəfərlərin memarı”, “Xilaskar”, “Əsrin müqaviləsi - əsrlərin müqaviləsi”, “Mənim həyatımın məqsədi Azərbaycandır!” və digər yazıların ana xəttini belə bir fikir təşkil edir ki, Heydər Əliyev bütün xalqın, bütün Azərbaycanın, dünyaya səpələnmiş milyonlarla soydaşımızın qibləgahıdır.

Nəşrdə dünyanın görkəmli siyasi xadimlərinin Heydər Əliyev haqqında fikirləri də verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR