Bank Of Baku

“Həsənbəy Zərdabi və “Əkinçi”” adlı kitab çapa hazırlanır

“Həsənbəy Zərdabi və “Əkinçi”” adlı kitab çapa hazırlanır
# 12 may 2010 09:30 (UTC +04:00)
Bakı – APA. Söz Azadlığını Müdafiə Fondu (SAMF) milli mətbuatımızın qaranquşu sayılan “Əkinçi”nin çapdan çıxmasının 135 illiyi münasibətilə yeni kitabın çapına hazırlaşır. Fonddan APA-ya verilən xəbərə görə, kitabda Həsənbəy Zərdabi haqqında ayrı-ayrı mənbələrdən toplanmış məlumatlar, xatirələr, “Əkinçi” haqqında indiyədək Azərbaycan dilində çap olunmamış yazılar oxucuların ixtiyarına veriləcək.
Kitabın ön sözünün müəllifi fondun sədri, şair Musa Yaqub, redaktoru əməkdar jurnalist Tahir Aydınoğlu, tərtibçiləri Vüqar Tofiqli və Nəzirməmməd Quliyevdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR