Bank Of Baku

Kamran İmanov: “İnternet nəşrlərinin 30 faizi günün yeniliklərini yaradır, qalan 70 faizi isə onları sadəcə, köçürür”

Kamran İmanov: “İnternet nəşrlərinin 30 faizi günün yeniliklərini yaradır, qalan 70 faizi isə onları sadəcə, köçürür”
# 14 may 2010 13:24 (UTC +04:00)
APA-nın xəbərinə görə, Müəllif Hüquqları Agentliyinin direktoru Kamran İmanov deyib ki, dəyirmi masanın keçirilməsində məqsəd mətbuatda müəlliflik və informasiya hüququna riayət edilməsi sahəsində yaranan problemləri müzakirə etməkdən ibarətdir. Onun sözlərinə görə, söz azadlığını əsas götürən jurnalistlər müəlliflik hüququna hörmətlə yanaşmalıdır: “Hazırda internet nəşrlərinin 30 faizi günün yeniliklərini yaradır, qalan 70 faizi isə onları sadəcə, köçürür. Lakin xəbər o zaman müəlliflik hüququ qazanır ki, informasiya xarakterli xəbər çərçivəsindən çıxır, yəni artıq özündə şərhləri, təhlilləri ehtiva etməklə yaradıcılıq məhsuluna çevrilir. Əgər hansısa agentlik xəbərləri mənimsəyirsə və onları özünün məhsulu kimi qələmə verirsə, deməli, həmin informasiya agentliyi özgə əməyini mənimsəyir, rəqiblərin məhsulundan qeyri-qanuni istifadə edir və buna görə “Haqsız rəqabət” haqqında qanuna müvafiq olaraq məsuliyyət daşıyır”.

K. İmanov hazırda agentlikdə 8 minə qədər əsərin dövlət qeydiyyatından keçirildiyini, onların elektron məlumat bazasının hazırlandığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR