Bank Of Baku

Bakıda "Ədalətlilik, təhlükəsizlik və rifah media müstəvisində" adlı beynəlxalq konfrans keçirilib - FOTO

Bakıda "Ədalətlilik, təhlükəsizlik  və  rifah  media müstəvisində" adlı beynəlxalq konfrans keçirilib - <font color=red>FOTO</font>
# 24 may 2010 10:35 (UTC +04:00)
Bakı-APA. Mətbuat Şurasının (MŞ) və Sosial Rifah Partiyasının (SRP) birgə təşəbbüsü ilə "Ədalətlilik, təhlükəsizlik və rifah media müstəvisində" mövzusunda ikigünlük beynəlxalq konfrans keçirilib. Şuradan APA-ya verilən məlumata görə, tədbir milli mətbuatın 135 illik yubileyinə həsr olunub. Beynəlxalq konfransda millət vəkilləri, dövlət və hökumət rəsmiləri, siyasi partiya təmsilçiləri, aparıcı media qurumlarının rəhbərləri, Türkiyə, İran, Rusiya, Fransa, Gürcüstan, Bolqarıstan, Litva, Macarıstan, Moldovadan olan tanınmış jurnalistlər, alimlər, habelə bu ölkələrin Bakıdakı səfirliklərinin nümayəndələri, politoloqlar və media mütəxəssisləri iştirak edibdilər. Konfransı giriş sözü ilə açan SRP sədri, millət vəkili Xanhüseyn Kazımlı bildirib ki, beynəlxalq qurumlara və xarici media vasitələrinə sirayət edən ikili standartlar, birtərəfli yanaşma tərzi Azərbaycanın üzləşdiyi terroru, müharibəni, ərazi itkisini dünya ictimaiyyətinə, nüfuzlu qurumlara çatdırılması zərurətini daim aktual edir. Azərbaycanlılara qarşı erməni riyakarlığının torpaqlarımız işğaldan azad edildikdən sonra da davam edəcəyinin labüdlüyünü nəzərə alan natiq hazırkı dövrdə beynəlxalq ictimaiyyətlə səmərəli əməkdaşlığın prioritetə çevrildiyini vurğulayıb.
MŞ sədri Əflatun Amaşov konfransı zamanın tələbi kimi qiymətləndirib və bildirib ki, Şura erməni saxtakarlıqlarının üzə çıxarılması istiqamətində ardıcıl və təsirli işlər görür. Lakin mövcud istiqamətdə beynəlxalq ictimaiyyətin dəstəyinə hələ də böyük ehtiyac duyulmaqdadır. O, bu dəstəyi artırmaq məqsədilə yeni koordinasiya qurumunun təsis edilməsinin məqsədəuyğun sayıb, konfransı bu baxımdan əhəmiyyətli hadisə kimi dəyərləndirib.

MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Şuranın İdarə Heyətinin üzvləri - "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP icra katibinin müavini Mübariz Qurbanlı, BQP sədri, millət vəkili Fazil Qəzənfəroğlu, Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov, Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov, Rusiyada nəşr olunan "Tribuna" qəzetinin baş redaktoru Oleq Kuzin və digərləri tədbirdə çıxış ediblər.
Xarici qonaqlar konfrans çərçivəsində Bakının görməli yerlərində olub, mədəni proqramda iştirak ediblər. Onların Azərbaycanın şimal bölgəsinə səyahəti də baş tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR