Bank Of Baku

“İrəli” İctimai Birliyi “Media Akademiya” adlı layihə həyata keçirir - FOTO

“İrəli” İctimai Birliyi “Media Akademiya” adlı layihə həyata keçirir - <font color=red>FOTO</font>
# 25 may 2010 12:29 (UTC +04:00)
Bakı-APA. “İrəli” İctimai Birliyi “Media Akademiya” adlı layihə həyata keçirir. Birlikdən APA-ya verilən məlumata görə, Akademiya alternativ jurnalistika – peşə kursu formatında fəaliyyət göstərəcək. Akademiyanın tərkibində fəaliyyət göstərən “Radio”da, “İRƏLİ Prodakşn”da gənclər arzusunda olduqları layihələri gerçəkləşdirmək, ölkənin irəlidə gedən xəbər agentlikləri, qəzetləri, radio və televiziyalarında staj keçmək, jurnalistikanın bütün sirrlərini sektorun tanınmış simalarından öyrənmək imkanı əldə edəcəklər. Layihə gələcəyini mediada görən, karyerasını KİV-də qurmaq istəyən, jurnalistikaya meyl edib bunu keçici bir həvəs hesab etməyən, nəhəng media strukturunda “mən də varam” iddiasıyla professional jurnalist olmağa qərar verən gənclərin layihəsidir. Kursun məqsədi modern anlayışda, yüksək dünyagörüşlü, savadlı, qısaca professional gənc jurnalistləri yetişdirib, onların milli mətbuat məkanında layiqincə təmsil edilmələrinə nail olmaqdır. Kursa yaşı 25-dən artıq olmayan müxtəlif peşə sahibləri, jurnalistika fakültəsi tələbələri və professional jurnalistika ilə məşğul olmaq istəyən digər fakültə tələbələri qoşula bilərlər. Layihənin partnyorları “1News” informasiya agentliyi, “Day.az” informasiya agentliyi, “APA” informasiya agentliyi, “Trend” informasiya agentliyi, “News.az” informasiya agentliyidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR